Son iki ildə Azərbaycanda geniş zolaqlı sabit internetin illik orta sürəti 1,4 dəfə artıb. 2024-cü ilin yekunlarına əsasən bu göstərici 66 Mbit/s sürəti ötüb.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov deyib.
“Layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Dünyanın nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində “Aztelekom”MMC “Ən sürətli sabit şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürəti testi və təhlili üzrə qlobal lider olan “Ookla” şirkəti tərəfindən təqdim edilib”, - deyə H.Ömərov qeyd edib.