10 mart 2025 09:51
88

Azərbaycan boksçusu Monteneqrodakı turnirin qalibi olub

Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.

“İki sahil” xəbər verir ki, o, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb.

4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçu “Adriatik incisi”nin qalibi olub.

Daha öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.