DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
“İki sahil” xəbər verir ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub