İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.
"Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm", - diplomat qeyd edib.
Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb: “Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib