Azərbaycan və İtaliya ekoloji dayanıqlıq və enerji səmərəliliyi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Bu barədə “İki sahil” İtaliyanın Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
"İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ilə səmərəli görüş keçirib. Tərəflər ekoloji dayanıqlıq və enerji səmərəliliyi sahəsində əməkdaşlığın perspektivlərini ətraflı müzakirə ediblər", - səfirlikdən bildirilib.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub