Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.
“İki sahil” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, çökməyə səbəb yolun altından keçən su xəttində baş verən qəza olub.
Hazırda aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılır.
Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.
Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub və Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilib.