“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.
“İki sahil” bu barədə ADY-yə istinadla xəbər verir.
Bildirilir ki, fevralın 21-dən 23-dək Abşeron dairəvi dəmir yolu xətti üzrə 43 min 600 sərnişin, Bakı–Ağstafa–Bakı üzrə 3 min 604 sərnişin, Bakı–Balakən–Bakı üzrə 787 sərnişin, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 729 sərnişin daşınıb.
"Fevralın 24-də Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı reysləri üzrə isə 11 min 037 sərnişin səfər edib", - məlumatda qeyd edilib.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub