23 fevral 2025 23:59
88

ADY: Bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirir - FOTO

Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) fasiləsiz fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

"Gün ərzində bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirib. Abşeron dairəvi marşrutu üzrə saat 23:00-dək bütün reyslər, eyni zamanda, Bakı-Balakən reysi vaxtında yola salınacaq. Balakən-Bakı marşrutu üzrə qatar isə 100 faiz doluluqla yola düşüb", - deyə bildirilib.