Sumqayıtda qar təmizlənir: Kommunal xidmətlər gücləndirilmiş rejimdə çalışır
“İki sahil” xəbər verir ki, Sumqayıt şəhərinə yağan qarın şəhər təsərrüfatına təsirini minimuma endirmək məqsədilə kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Şəhərin əsas küçə və prospektlərində xüsusi texnikalar və işçi qüvvəsi səfərbər olunaraq qarın təmizlənməsi və yolların buzlanmasının qarşısının alınması işləri aparılır.
Şəhər icra hakimiyyəti sakinləri ehtiyatlı olmağa, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və kommunal xidmətlərin işinə dəstək olmağa çağırır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.