ABŞ dövlət katibi Marko Rubio Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığında Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün BMT-də addımlar atdığını vurğulayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat yayıb.
Onun sözlərinə görə, Rubio Prezident (Donald) Trampın BMT Təhlükəsizlik Şurasında effektiv fəaliyyət də daxil olmaqla, Ukraynadakı münaqişəyə son qoymaq öhdəliyini bir daha təsdiqləyib. Məlumatda deyilir ki, söhbət cümə günü baş tutub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”