Sabunçu rayonunda meyiti tapılan 4 nəfərin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“İki sahil” xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.
Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.
Xatırladaq ki, Sabunçu rayonu ərazisində 4 nəfərin meyiti tapılıb. Lent.Az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.
Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb.