Qaxda bir ailənin beş üzvü tüstüdən zəhərlənib.
“İki sahil” xəbər verir ki, Qax rayonunun Ləkit kənd sakinləri 1986 təvəllüd – Vaqif Süleymanov, 1988 təvəllüd Röyanə Süleymanova, eləcə də, 15, 13 və 7 yaşlı övladları işıq generatorunun tüstüsünün evə daxil olması nəticəsində zəhərləniblər.
Onlar xəstəxanaya müraciət ediblər.