22 fevral 2025 11:27
113

Ağsuda metamfetamin satan şəxs həbs edilib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 30 yaşlı İsmayıl Bilalov saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev özünün feysbuk hesabında məlumat yayıb.

Bildirilib ki, ondan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə İ.Bilalov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.