21 fevral 2025 10:21
155

Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır

Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır.

“İki sahil” xəbər verir ki, bu, avrokuboklarda ötən gün baş tutan oyunlardan sonra reallaşıb.

Azərbaycan hazırda 19.625 əmsalla 28-ci pillədə qərarlaşıb. 19.468 əmsalı olan Sloveniya 29-cudur.

Bu ölkənin təmsilçilərindən "Olimpiya" Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında evdə Bosniya və Herseqovinanın "Borats" kollektivi ilə qolsuz heç-heçə edib. Səfərdə 0:1 hesabı ilə uduzan komanda mübarizəni dayandırıb. "Sele" isə eyni turnirdə Kiprdə APOEL-ə qalib gəlib - 2:0. Evdə heç-heçəyə (2:2) razılaşan Sloveniya təmsilçisi 1/8 finala yüksəlib.

Qeyd edək ki, cədvələ 106,624 əmsalla İngiltərə başçılıq edir.