20 fevral 2025 22:04
171

"İphone"ların qiyməti artacaq?

Bank of America "Apple"ın gömrük rüsumlarına görə məhsullarının qiymətlərini artırmağa məcbur ola biləcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bank analitikləri ABŞ-da tətbiq edilən tariflərin "Apple"ın "iPhone" və digər məhsullarının qiymətlərinə təsir edəcəyini bildiriblər. Məhsulların ən azı 10 faiz tariflə üzləşməsi gözlənilir.

Bank bu tariflərin yalnız Çinə tətbiq edilmədiyini, Hindistan kimi digər ölkələrə qarşı da qarşılıqlı gömrük rüsumlarının mümkün olduğunu vurğulayıb. Bununla yanaşı, Apple-ın Çin istehsalından iPhone tələbatını ödəmək üçün Hindistanda istehsala başladığı qeyd edilib.

Qarşılıqlı ticarət tariflərinin aprel ayında qüvvəyə minəcəyi gözlənilir.