Bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.

“İki sahil” xəbər verir ki, ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir.

Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.
Hoteldə 50 nəfər işlə təmin olunub.
Xətai rayonundakı qətl və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Qaradağda YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib