27 oktyabr 2026 10:46
116

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Masallı rayonunda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə bildirilib ki, tədbirlərlə saxlanılan E.Mirzəyevdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.