19 fevral 2025 02:28
218

Müasir həyat beyin üçün əlverişsiz şərait yaradır

Rusiyalı televiziya həkimi Aleksandr Myasnikov beynin funksiyasını pozan sağlamlıq problemlərinin adını çəkib. Bildirib ki, təkcə Alzheimer və Parkinson xəstəliyi deyil.

Həkimin sözlərinə görə, müasir həyat ümumilikdə beyin üçün əlverişsiz şərait yaradır. Zəif qidalanma və piylənmə epidemiyası diabet, damar xəstəliklərinə və beyin strukturlarının deqradasiyasına səbəb olur.

Həkim demensiyanın əsas səbəbi kimi xüsusilə müalicə olunmayan hipertoniyanı göstərib. “Beyin disfunksiyasına səbəb olan xəstəliklər siyahısına, həmçinin gənə ensefaliti, vitamin B12 çatışmazlığı, qalxanabənzər vəzin funksiyasının pozulması, yüksək xolesterin daxildir”,-deyə həkim bildirib.

Nubar Süleymanova, “İki sahil”