18 fevral 2025 00:36
236

“Porsche” modeli yeni “Bugatti Chiron”dan bahadır

Fevralın 18-də 1991-ci il istehsalı olan “Porsche 911” hərraca çıxarılacaq. Avtomobilin qiyməti 3,22-3,72 milyon dollar arasındadır. Müqayisə üçün qeyd edək ki, “Bugatti Chiron” hiperkarının ilkin qiyməti 3 milyon dollardır. Belə yüksək reytinq onunla izah olunur ki, mahiyyət etibarı ilə bu artıq “Porsche” deyil: idman avtomobili məşhur “Singer” studiyası tərəfindən tamamilə yenidən qurulub və bir sıra detallar avtomobili unikal edib.

Kupe bir sıra tanınmış şirkətlərlə əməkdaşlıqda hazırlanmış “Singer DLS” (Dynamics and Lightweighting Study) xəttinin bir hissəsidir. Sportkarın mühəndisliyi “Williams” tərəfindən həyata keçirilib, oturacaqlar “Recaro” tərəfindən hazırlanıb, təkərlər və 18 düymlük təkər diskləri “Michelin” və “BBS” şirkətlərinin əməkdaşlığının nəticəsidir.

“Singer DLS” orijinal “Porsche 911”dən karbon korpusunda təkmilləşdirilmiş aerodinamika, yeni asma və buna baxmayaraq havanın soyumasını saxlayan alternativ güc bloku ilə fərqlənir. “Williams” formula texnologiyasından istifadə etməklə yaradılmış dörd litrlik mühərriki 500 at gücü inkişaf etdirib. Debüt zamanı bu mühərrik dünyada öz növünün ən yaxşı aqreqatlarından biri adlandırıldı.

Salon krem rəngli ​​dəri, Alkantar və kuzovun rəngini əks etdirən karbon lifi ilə bəzədilib. Satıcılar bildirirlər ki, mühərrik bölməsinin dizaynı avtomobilin xüsusilə cəlbedici xüsusiyyətidir.

Sportkar 2023-cü ildə hazırlanıb və o vaxtdan bu “Singer DLS” 120 kilometrdən az yol qət edib.

Nubar Süleymanova, “İki sahil”