Ağdamda polis kabel oğrusunu saxlayıb.
Bu barədə "İki sahil"ə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kürdəmir rayonunda YAP-ın VIII Qurultayının nəticələrinə həsr olunan tədbirlər keçirilib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir