11 fevral 2025 02:26
127

Plastik qablar sağlamlığa zərərlidirmi?

Rusiyalı televiziya həkimi Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan müəllif proqramında birdəfəlik plastik qablardan istifadənin zərərli olub-olmadığını açıqlayıb.

Həkim öz verilişində birdəfəlik plastik qabların xaricdə qadağan olunması xəbərinə münasibət bildirib. Onun sözlərinə görə, bu, birdəfəlik plastikin müəyyən dərəcədə zərərli olması ilə deyil, təkrar emal probleminin yaranması ilə bağlıdır.

O, həmçinin qeyd edib ki, bütün plastiklərin, o cümlədən qida məhsullarına aid plastiklərin işarələri var.Həmin işarələr qabların qızdırıla biləcəyini, mikrodalğalı sobaya qoyula biləcəyini və ya dondurula biləcəyini açıqlayır.

"Plastik sertifikatlaşdırılıb. İşarəyə baxın. Bu, müəyyən nəzarətin əlamətidir və onun təyinatı üzrə istifadə olunarsa zərərsizliyinə zəmanətdir", - Myasnikov izah edib.

Nubar Süleymanova, “İki sahil”