Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb.
“İki sahil” DİN-ə istinadla xəbər verir ki, fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP” markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək