Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq. Eyni zamanda, dopler radar vasitəsilə Böyük Qafqazın cənub -şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək.
Gülnarə Abbasova qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.
"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib
Ağalar Vəliyev yüksək bal toplayan Xaçmazlı tələbələri mükafatlandırdı - FOTO