Lənkəranda təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan "İki sahil"ə verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək rayonun Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır