29 yanvar 2025 00:38
245

Partlayan mina yenə müsibət gətirdi

Beynəlxaq təşkilatların Ermənistanı bu qədər əzizləməsinin əsl səbəbi nədir?

Hər addımımızı mikroskopik dəqiqlikə izləyən, pozuntu axtaran  və bizə qarşı böhtan kampaniyası aparan beynəlxalq təşkilatlar nə vaxtadək ermənilərin başını tumarlayacaqlar? 1987-ci ildə Fransanın paytaxtı Paris şəhərində akademik Abel Aqanbekyan Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirəcəklərini elan edəndə nə SSRİ hökuməti, nə də vəzifələri insan hüquqlarını qorumaq olan beynəlxalq təşkilatlar etiraz səslərini çıxardılar. Bu, azmış kimi Birinci Qarabağ müharibəsi başlayanda ATƏT-in Minsk qrupu və digərləri silahlanıb azərbaycanlıların qanını axıdan Ermənistana açıq və ya gizli şəkildə kömək göstərdilər. ABŞ Konqresi isə daha çox canfəşanlıq edərək işğalçıya iri məbləğdə pul yardımları etdi. Hər cür kömək alan Ermənistan Azərbaycan ərazilərini silah gücünə işğal edərək Xocalı, Cəmilli, Qaradağlı, Ağdaban, Başlıbel və daha bir neçə kənddə soyqırım aktları törətdi. Ermənistanın işğalçılıq hərəkətlərini yüngül formada pisləyən və Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edən Birləşmiş Millətlər Təşkilatından başqa qalan böyük təşkilatlar özlərini elə susqun apardılar ki, sanki belə də olmalı imiş. Azərbaycan rəhbərliyi o vaxtdan indiyədək nə qədər izahat işi aparsa da, haqq işini dünyaya yaysa da bu, kar və korları qane etmir, əsl həqiqətləri bilsələr də hamısını boyunlarının ardına vururlar.

Artıq beşinci ildir ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitsə də Ermənistanın cinayətkar quldur dəstələrinin ərazimizdə basdırdıqları bir milyon mina partlayaraq soydaşlarımızı öldürür və ya şikəst edir. Ermənistan isə Azərbaycanın tələblərinə əməl etmir, mina xəritələrini bugünədək də vermək istəmir.

“Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində edilən paylaşımda deyilir: "Ermənistanın minalardan istifadə etməklə davam edən terroru nəticəsində yenə Qazaxda minanın partlamasından sonra daha bir Azərbaycan vətəndaşı yaralanıb".

Qeyd edilir ki, 2020-ci ildən indiyədək 381 nəfərin mina qurbanı olmasına, keçmiş münaqişənin sona çatmasına baxmayaraq, Ermənistan müvafiq mina xəritələrini təqdim etməkdən imtina etməkdə davam edir ki, bu da ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil edir.

"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır", - deyə paylaşımda qeyd edilib.

Azərbaycan mina terroru ilə bütün dövlətləri, eləcə də səlahiyyətli beynəlxalq təşkilatları kifayət qədər məlumatlandırıb. Azərbaycan nəticənin necə olacağından asılı olmayaraq hər zaman öz mübarizəsini ardıcıl davam etdirir. Ancaq çifayda. Hələ də lazımi reaksiyalar verilmir. Belə görünür ki, heç verilməyəcək də. Azərbaycanlıların hüquqlarını vəhşicəsinə pozan, lakin beynəlxalq ictimaiyyətin təpkisini görməyən terrorçu dövlət isə özünü ərköyün aparır. Nə üçün saysız-hesabsız müharibə cinayətləri törədən barbar ermənilər bu qədər əzizlənirlər? Bunun səbəbi nədir? Avropa Şurasındakı çıxışında Ermənistanın o vaxtkı prezidenti Serjik Sarkisyan azərbaycanlılara necə divan tutduqlarından lovğalıqla danışanda bir nəfər avrodeputat və ya “haqq-ədalət müdafiəçisi” ona zəif formada olsa da irad tutub “dur” demədi.

Həqiqətdir ki, qondarma və kasıb Ermənistan dünyada heç kimə lazım olmayan bir terrorçu qurumdur. Heç bir beynəlxalq iqtisadi layihəni həyata keçirmək iqtidarında deyil. Sərbəst xarici siyasət yeritmək potensialı yox dərəcəsindədir. Baş nazir Nikol Paşinyan və komandasının yüyənini Fransa Prezidenti Emmanuel Makron hara istəsə ora çəkir. Qısaca desək, bu saxta dövlətin ixtiyarı ermənilərin deyil, onu idarə edən xarici ağalarının əlindədir. Ortada yeganə bir səbəb qalır ki, o da xristian təəssübkeşliyidir. Axı, bunların hamısı səlibçi babalarının tör-töküntüsüdür. Əgər belə deyilsə, qoy onda izahat versinlər. Onsuz da onlara bəslənən ümidlər çoxdan “ölüb. Üzlərini gizlətdikləri maskalar artıq cırılıb, şeytani sifətləri aşkara çıxıb. Heç olmasa, bütün bəşəriyyət bilər ki, Yer üzündə ədalət əvəzinə kimlərinsə uydurduqları islamofobiya və türkofobiya var. Onda hər kəs öz işini bilər. Lakin etiraf etmirlər, siçovul kimi ayaq altı eşirlər. Şübhəsiz ki, bunun da bir sonu olacaq.

Vəli İlyasov, “İki sahil”