Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş qəbulu keçirib.
Komitədən “İki sahil"ə verilən məlumata görə, vətəndaşların müraciətləri, əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Eyni zamanda Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpasının və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü qeyd edilib.
Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA