Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən A.Rzazadə və N.Nəsirli saxlanılıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İki sahil"ə verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.
Bildirilib ki, sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bundan əlavə, həyata keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini içkili vəziyyətdə, eləcə də müvafiq sənədləri olmadan idarə edən daha 9 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb olunublar.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb