23 yanvar 2025 23:10
91

Altıqapılı “Mercedes-Benz E-Class” sınaqdan keçirilir

1936-cı ildən fəaliyyət göstərən Binz vaqon istehsalçıları E-Class olmamışdan çox əvvəl orta ölçülü mercedeslər üzərində işləyirdilər. Alman şirkəti “W123” sedanlarının öz versiyaları ilə daxili limuzin bazarında layiqli payını tuta bildi. O, ilk növbədə taksi kimi məşhur olan geniş interyerə malik dördqapılı model idi. Sonradan izibati işlər üçün ayrılmaqla yanaşı, təcili yardım və cənazə maşınlarına da tələbat olub və nəticədə sifarişlərin böyük bir hissəsini cəlb edə bilib.

İndi uzun fasilədən sonra şirkət streç seqmentinə qayıdır. Yollarda üçüncü cüt sərnişin qapısı və kuzovun uzunluğu təxminən 6 metr olan ən son “W214” modelinə əsaslanan sınaq avtomobili müşahidə edilib.

Baqajda lövhəsinə və qabaritlərinə görə uzadılmış “Maybach” ilə müqayisə oluna bilən limuzin tipli bu model 201 at gücünə malik standart turbomühərrikli 2 litrlik 4 silindrli mühərriklə təchiz edilmişdir.

Nubar Süleymanova, “İki sahil”