24 yanvar 2025 00:13
135

Nasizmin gizlədilməmiş erməni sifəti

Günün nəbzi

Faşizm ideologiyasını Hayastanda dövlət siyasətinin üst qatına qaldıran birinci prezident Levon Ter-Petrosyan özünü, sələflərini və xələflərini, bütövlükdə erməniliyini necə ifşa etdi?..

Ucsuz-bucaqsız planetimizin bədənində sağalmaz qarayara olan, tükürpədici qəddarlığı ilə hətta vandal tayfalarını belə kölgədə qoyan, vətəni, mənşəyi naməlum erməni adlı vəhşi toplumun antibəşəri əməlləri haqqında müxtəlif xalqlara mənsub dahi şəxsiyyətlər, görkəmli mütəfəkkirlər zaman-zaman artıq əsrlərdir aforizmə çevrilmiş dahiyanə fikirlər söyləyiblər. Hətta bu vəhşi toplumun özünün içindən çıxmış tanınmış simalar belə erməniliyin əsl mahiyyətini, xislətini, iç üzünü bütün dünyaya bəyan ediblər.

Bugünümüzdə sonunculara nümunə kimi yarıerməni əsilli tanınmış Yutuber Albert İsakovun 2025-ci il başlayar-başlamaz, bir az da dəqiqləşdirməli olsaq, yanvarın 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də (tarixə diqqət  yetirin: Ağdam şəhəri işğal edilən gün-red.) Qarabağda mülki vətəndaşlarımıza qarşı  qandonduran qətliamlar törədən “Yerkrapa” terror qruplaşmasının üzvləri qarşısında çıxışının videoyazısını ictimaiyyələşdirməsini  göstərmək olar. Kimsə etiraz edib deyə bilər ki, həqiqətləri ortaya qoymasına baxmayaraq 1974-cü ildə Bakıda doğulan, atası dağ yəhudisi, anası erməni olan, 1990-cı ildə Qarabağ avantürasının dalğasında İrəvana, oradan da İsrailə köçən, hazırda isə  Kanadada yaşayan Albert kimilərinin səmimiyyətinə inanmaq doğru deyil. Əslinə qalanda, belə  iddialarla razılaşmamaq olmur. Axı, niyə də razılaşmayasan? Ermənilərin 200 ildən artıqdır xalqımıza qarşı davam edən qan düşmənçiliyi, xüsusilə  ən yeni tariximizin gözlərimiz önündə cərəyan edən tükürpədici hadisələri də bu iddiaların həqiqət meyarlarına söykəndiyini təsdiq edir. 

Bəli, danılmaz faktdır ki, anası erməni, atası  Azərbaycan türkü və digər millətlərdən  olan yarımermənilərin mütləq əksəriyyəti bütün zamanlarda  biz azərbaycanlılarla  “təmizqanlı” haylardan daha qəddar, daha yırtıcı üsullarla davranmışlar, Ortada ən azı qondarma “Dağlıq Qarabağ münaqişəsi” başlayanadək Azərbaycanın çörəyi ilə böyüyüb, Azərbaycan dövlətinin və xalqının təhsil, maddi, mənəvi və digər resursları hesabına müxtəlif sahələrdə məşhurlaşan yarımerməni  (ana tərəfdən) vətəndaşlarımızın sonralar bizə asi düşmələrinə dair daşdan keçən nümunələr var. Belə nankorlara  ötən əsrin 70-ci illərində Azərbaycanın, xüsusilə həmin vaxt respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin hərtərəfli qayğısı sayəsində yeniyetmə çağlarında şahmat üzrə dünya  çempionu tituluna yiyələnən, addımını dövlət sərhədimizdən  kənara qoyduğu  andan isə ünvanımıza hədyanlar, böhtanlar  yağdıran  Harri Kasparovu, Şuşada doğulub Bakıda ali  hərbi təhsil alaraq hərbçi kimi yetişən,  Birinci Qarabağ müharibəsi, o cümlədən Xocalı, Meşəli, Qaradağlı və digər soyqırımları zamanı azərbaycanlıları ən qəddar üsul və işgəncələrlə qətlə yetirməkdə ad çıxarmış, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanı (bu yaramaz cidd-cəhdlə atasının azərbaycanlı olduğunu dansa da, əlahəzrət faktlar, şahidlərin açıqlamaları faktı təsdiq edir) misal göstərmək olar.

Nə isə... mətləbdən uzaqlaşmayaq, eyni zamanda, etiraf edək ki, bütün bunlarla yanaşı, ortada Albert İsakov nümunəsi də var. Həmin bu Albert İsakov  əsl nasist sifətini şərqşünas, filologiya elmləri doktoru alimlik dərəcəsinin və demokrat pərdəsinin arxa qatında məharətlə gizlədən Livan ermənisi, Hayastanın birinci prezidenti Levon Ter-Petrosyanın (onun  gorbağor  atası Akop keçən əsrin ortalarında günü bu gün  də Yaxın Şərq ölkələrinə olmazın faciələr yaşadan Suriya və Livan kommunist partiyalarının yaradıcısıdır) məlum çıxışının videoyazısını yaymaqla bu nasistin  yalnız terrorçu  maskasını yırtmaqla kifayətlənməyib, həm də özünün əlavə şərhləri ilə ümumilikdə erməniliyin indiyədək “əzabkeş”, “yazıq”, “soyqırımına məruz qalmış xalq” kimi gurultulu  ibarələrlə dünya ictimaiyyətindən məharətlə gizlədilmiş faşist sifətini tam çılpaqlığı ilə açıb ortaya qoyub. Bununla da mübaliğəsiz demək olar ki,  Albert təkcə doğulub boya-baya çatdığı Azərbaycana deyil, bütövlükdə bəşəri dəyərlərə xidmət göstərmiş olub.

Bəs, Albert  İsakov Levon-Ter Petrosyanın 32 ildən sonra ictimailəşdirdirilən çıxışının videoyazısını yayarkən üzdəniraq prezidentin terror qruplaşmasının üzvləri ilə görüşü ilə bağlı şərhində nə deyir?  Petrosyanın çıxışının onu şoka saldığını bildirən və vidoyazının erməni dilindəki mənbəyini və  mətnini də təqdim edən Albert İsakov, ilk növbədə, izləyicilərinə müraciət edərək mövcud  vasitələrdən istifadə etməklə bu çıxışın videoyazısını bütün sosial şəbəkə platformalarında maksimum dərəcədə yaymağı xahiş edir, Eyni zamanda,  hər  kəsi bütün dünya ictimaiyyətinin erməni faşizminin indiyədək cidd-cəhdlə gizlədilən əsl sifətinə bələd olmasına kömək göstərməyə çağırır. Videobloqer  çağırışının məqsəd və məramını belə  əsaslandırır ki, bu mətn  ermənilərin “milli strategiyasını və hədəflərini” anlamaq, bu cinayətkar toplumun hansı “amallar” uğrunda yaşamasını başa düşmək baxımından son dərəcə əhəmiyyətli mənbədir: “Petrosyan çıxışında “Yerkrapa” terror qruplaşmasının üzvlərinə “qardaşlarım” deyə müraciət edir və qətiyyən öz hərəkətlərinin məqsədini  gizlətmir. Bu çıxışında o, öz faşist mahiyyətini və faşist məqsədlərini ortaya qoyur.”

Faşizm ideologiyasının daşıyıcısı Petrosyanın sözügedən çıxışı ilə bağlı şərhini davam etdirən videobloqer daha sonra təpədən-dırnağa qədər nasizm xəstəliyinə mübtəla olmuş bu psevdodemokratın ermənicə sayıqlamalarını sosial şəbəkələrin  rus  və ingilisdilli auditoriyasına çatdırır: “Petrosyan 1988-ci ildən azərbaycaılılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edərək bildirir ki, 5  il əvvəl biz bu hərəkata başlamasaydıq, ümumiyyətlə, Qarabağ məsələsi olmayacaqdı. Biz 3 məsələni həll etdik. 1.600 ildir (?!) erməni xalqının bacarmadığını həyata keçirdik, bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il (!) hiss edəcək. Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının  olduğunu (Levon ənənəvi erməni xislətinə sadiq qalaraq 300 minə yaxın azərbaycanlını 170 min  nəfər göstərir-red.) xatırladaraq abır-həya etmədən bildirir ki, təsəvvür edin ki, onlar indi Ermənistandadır: “Əgər onlar  Ermənistanda olsaydılar biz şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər. Bunlar Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır.  Bu problem həll edldi və göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik-milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi (oxu: terrorçu qanadı-red.), özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi etdi. Bu gün bütün “Artsax”, o cümlədən daha bir neçə torpaqlar ermənilərin əlindədir.”

  Albert İsakovun şərhindən  də göründüyü kimi, Ter-Petrosyan bədnam çıxışının hər cümləsinin başında da, ayağında da  “biz başladıq”, “biz həyata keçirdik” “biz etdik”, “biz aldıq”, “biz bacardıq”, “biz təmizlədik”, biz, biz, biz... deyə öyünür. Bu öyünmələri ilə  yüz minlərlə günahsız mülki azərbaycanlıların qanını tökən terrorçu sələfləri tayqulaq Andranik Ozanyandan,  Lalayandan, Hamazapsdan, Qaragin Njdedən, Stepan Şaumyandan, xələfləri  Robert Koçaryandan, Serjik Sarkisyandan, Zori Balayandan, Seyran Ohanyandan və digər yanlardan heç nə ilə fərqlənmədiyini açıq-aydın nümayiş etdirir. Bunu üzdəniraq “alim-demokrat”ın bədnam çıxışını şok vəziyyətində və hiddətlə şərh edən Albert İsakov da dönə-dönə vurğulayır. Eks-prezident  “Yerkrapa” terror qruplaşmasının üzvləri qarşısındakı çıxışı ilə faktiki olaraq azərbaycanlıların silah gücünə qovulduğunu təsdiqləyib deyən  Albert İsakovun şərhində yer alan “Petrosyan “Ermənistan təmizləndi” deyir. Zibildən, çirkdən təmizlənmək olar. Petrosyan isə burada canlı insanları, öz yurdunda kompakt yaşayan azərbaycanlıları nəzərdə tutur. Bu, nasizm, gizlədilməyən faşizmdir. Bu gün həmin bu xalq utanıb-qızarmadan, abır-həya etmədən hansısa “etnik təmizləmədən” danışır” fikirləri ermənliyin antiinsani  mahiyyətini bir daha bütün çılpaqlığı ilə ortaya qoyur.

Beləliklə, əvvəlindən sonunadək erməniliyin ifşasına yönəlmiş  sözügedən çıxışın videoyazısının yayılmasından sonra tərəddüd etmədən belə qəti qənaətə gəlmək olar ki, bu gün əksər dünya dövlətlərinin siyasi leksikonunda, necə deyərlər, özünə vətəndaşlıq hüququ qazanan  “erməni faşizmi” ifadəsi heç də kiminsə icad etdiyi göydəndüşmə termin deyil. Bu,  bəşər övladının, ilk növbədə, son 200 ildə günahsız azərbaycanlıların başının üstündən Domokl qılıncı kimi asılmış  acı reallıqdır. Bu məqamda ikicə faktın nümunəsində ömrü heç iki  onilliyi aşmayan, yaradıcıları ilə birlikdə artıq çoxdan tarixin zibilliyinə gömülmüş klassik italyan və alman faşizmi ilə torpaqlarımızın 20 faizini işğal altında saxladığı 30 ildə Azərbaycan xalqına misli görünməmiş  faciələr, müsibətlər yaşadan erməni neofaşizminin müqayisəsi əsasında  hansının daha qəddar, yırtıcı, qaniçən olmasını aşkara çıxarmaq  zərurəti yaranır. Belə bir müqayisə aparılsa yəqin ki, alman faşizminin  fəaliyyətində körpəsinə, qocasına, cavanına, qadınına, qızına fərq qoymadan köməksiz əliyalın insanları kütləvi şəkildə dəmir boruların içinə doldurub həmin boruların giriş -çıxışını qaynaq etmək kimi dəhşət saçan qətliam növünün seçilməsi praktikasına rast gəlmək olmazdı. Amma erməni faşizmi 1988-1989-cu illərdə azərbaycanlıları kütləvi şəkildə tarixi Qərbi Azərbaycan torpaqlarından ən qəddar üsullarla qovarkən   bu tükürpədən qətliam növündən dəfələrlə istifadə etmişdir. Yaxud  ağla sığışdırmaq belə çətindir ki, vəhşiliyi, qəddarlığı, yırtıcılığı və digər antibəşəri əməlləri ilə günü bu gün də bütün dünya ictimaiyyəti tərəfindən sonsuz qəzəblə lənətlənən Hitler faşizminin ən əzazil nümayəndələrini kölgədə  qoyan üzdəniraq erməni yazıçısı, qatı millətçi-şovinist Zori Balayanın 1996-cı ildə çap etdirdiyi “Ruhumuzun dirçəlişi” kitabında yer alan aşağıdakı edam səhnəsini İkinci Dünya müharibəsi dövründə alman faşizminin nəinki  hansısa ideoloqu, hətta yüksək çinli hərbi canisi quraşdırıb icra edə bilərdi: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən, qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi, Ruhum sevincdən qürurlandı. Xaçatur daha  sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə qürur duyacaq.”

İlahi, vəhşiliyin, qəddarlığın, qaniçənliyin, qeyri-insani, antibəşəri düşüncə və davranışların, türkə, azərbaycanlıya  nifrətin, kinin, küdurətin  həddi-hüdudu olmazmış!!! Bax, budur zaman-zaman özünü bütün dünyaya “əzabkeş”, “yazıq”, “məzlum”, “əzilmiş”, “təhqir olunmuş”, “soyqırımına məruz qalmış xalq ”  kimi təqdim edən erməni faşizminin artıq gizlədilməyən sifəti! Heç kimin şübhəsi olmasın ki, adını yazıçı, ziyalı qoyan bu nadürüstü inşAllah torpaq da götürməyəcək. Yeri gəlmişkən, artıq bu proses başlayıb. Hazırda erməni faşizminin ən qatı ideoloqu, Erməınistanın  1988-ci ildə Azərbaycana qarşı əsassız ərazi iddiaları  ilə müşayiət olunan hərbi təcavüzünün başlanmasından hələ xeyli əvvəl qondarma “Dağlıq Qarabağ münaqişəsi”nin ideoloji ruporu rolunu oynayan bədnam “Ocaq” cızma-qarasının müəllifi, Xocalı qatili Zori Balayan cəhənnəmin qapısının ağzında dayanıb içəriyə dəvət gözləyir. Bu barədə üzdəniraq “yazıçının” oğlu, cərrah Qarik Balayan erməni mediasına bildirib. O, zarıya-zarıya ərz edib ki,  atası yaddaşını tamamilə itirib və artıq hərəkətlərini tənzimləyə bilmir.

Bəs,  nə xəyal edirdin, ay quduz xislətli Zorinin timsah göz yaşı axıdan dığası? Elə bilirdin bütün insanlıq normalarınımisli görünməmiş  vəhşiliklə aşaraq  Xocalıda günahsız azərbaycanlı yeniyetmənin uf demədən dərisini soyan, bu vandal davranışı ilə fəxr etdiyini, ruhunun sevincdən qürurlandığını rus dilində nəşr etdirdiyi  kitab səhifəsinə belə  daşıyan uşaq qatili elə-belə, əlini, ayağını rahatlıqla uzadıb ədəb-ərkanla gəbərəcək? Yox, cəllad Zorinin tülkü cildinə girmiş dığası, qətiyyən belə xəyal etmə! Bil ki, bütün ömrünü şərəfsizlik, ləyaqətsizlik içində keçirmiş, Xocalı cəlladı atan min bir əzab-əziyyətlə cəhənnəmə vasil olacaq Necə deyərlər, bütün bunlar jurnaldır, əsl kino  hələ irəlidədir. Buna qətiyyən şübhən olmasın!..

Yazını üzdəniraq “alim-demokrat”, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 32 il əvvəlki  məlum çıxışının videoyazısında  yer alan “əcdadlarımızın 1.600 ildə bacarmadıqlarını  biz bacardıq” öyünməsini 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri zamanı cəhənnəmə vasil edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Komandanı, Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsindəki aşağıdakı qətiyyətli fikirlərlə  bitirmək istəyirik. Hesab edirik bu, erməni faşizminin dünənki, bugünkü cinayətlərinə, gələcək üçün  planlaşdırdığı revanşist niyyətlərinə, onunla həmrəy olan  Qərbdəki islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin davranışlarına  verilən ən mükəmməl qiymətdir: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.”

Əhməd Qurbanoğlu, “İki sahil”