Yeni Zelandiyadan Avstraliyaya uçan "Air New Zealand" təyyarəsinin yük anbarında içində içində pişik olan qəfəs qalıb.
“İki sahil” CNN-ə istinadla xəbər verir ki, "Mittens" adlı pişik sahibləri ilə birlikdə Melburna uçurmuş.
Onun sahibi Margot Nees deyib ki, onlar pişiyin qəfəsini üç saat gözləyib. Ona məlumat veriblər ki, içində pişik olan təyyarə artıq Yeni Zelandiyaya qayıdıb.
Məlum olub ki, yükləyicilər yük bölməsindəki pişiyi görməyiblər. Ev heyvanı üçün uçuşu təşkil edən şirkət pişiyi Yeni Zelandiyada qarşılayıb və heyvanı Melburna qaytarmağa kömək edib. Beləliklə, təyyarədə yaddan çıxan pişik sutka ərzində 3 dəfə uçuş edib.