Əslində qan təzyiqini aşağı salan dərmanlar ürəyə kömək etməlidir. Lakin bu həmişə belə olmur. Rusiyalı mütəxəssis Aleksandr Myasnikov “Rusiya 1” telekanalında “Ən vacibi haqqında” verilişində bəzi dərmanların kardiotoksik xüsusiyyətlərindən danışıb.
Onun sözlərinə görə, qan təzyiqini tez aşağı salan dərmanlar - dilin altına qoyduğumuz dərmanlar bizi hətta öldürə bilər, infarkta səbəb ola bilər. Onlar təzyiqi çox kəskin şəkildə azaldırlar. Eyni zamanda, təzyiq təkcə damarlarda deyil, böyrəklərdə, ağciyərlərdə, beyində və ürəkdə də aşağı düşür. Bu, infarktlara, insulta və kəskin böyrək çatışmazlığına səbəb olur. “Buna görə də, hər dəfə dilin altına həb qoymaqla qan təzyiqini kəskin şəkildə azaltmaq lazım deyil”,-deyə Myasnikov xəbərdarlıq edib.
Həkim tövsiyə edib ki, təzyiqin kəskin yüksəlməsi hallarında belə dərmanlar yalnız təcili yardım həkiminin iştirakı ilə qəbul edilməlidir. Çünki mənfi bir şey olarsa, o, tez bir zamanda hərəkətə keçəcək və siz əziyyət çəkməyəcəksiniz.
Nubar Süleymanova, “İki sahil”