Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 14:42-də qeydə alınıb, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Mümkün insan tələfatı və dağıntılar barədə məlumat verilmir.