İqtisadiyyat Nazirliyinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. 20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.