20 yanvar 2025 12:48
273

Ceyhun Bayramov ABŞ-nin Ermənistana dəstəyi barədə danışıb

Xarici işlər naziri Ceyhun Bayramov ABS-nin Ermənistana dəstəyi haqqında danışıb.

“İki sahil” xəbər verir ki, nazir deyib:

"İki ölkə arasındakı münasibətləri şərh etmək istəməzdim. Amma ABŞ-nin Ermənistana dəstəyini görmüşük. Amma özünü vasitəçi adlandıran dövlətin bu cür addımları qəbuledilməzdir.

2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktları gördük. Özlərini vasitəçi kimi təqdim edəm tərəflərin qərəzli yanaşması qəbuledilməzdir. ABŞ-nin Demokratlar administrasiyasının davranışında biz bunları müşahidə etmişik".