20 yanvar 2025 10:13
91

Britaniya səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, ​paylaşımda deyilir: "Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram".