Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bazar ərazisində meyvə-tərəvəz satışı həyata keçirilən mağazada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 9kv.m. olan mağazanın talvar hissəsi 5kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bazar ərazsinidə yerləşən bitişik obyektlər yanğından mühafizə olunub.
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb
Niderland 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib