19 yanvar 2025 09:25
84

HƏMAS girovların siyahısını İsrailə verməyi təxirə salır

HƏMAS hərəkatı Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bazar günü mübadilədə azad edilməsi planlaşdırılan girovların siyahısını İsrailə təhvil verməyi texniki səbəblərdən təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.

HƏMAS sözçüsü şənbə günü axşam saatlarında Ynetə bildirib ki, bazar günü mübadilədə azad ediləcək girovların adlarının açıqlanması texniki səbəblərə görə təxirə salınıb.

Onun sözlərinə görə, qrupun əməliyyat bölmələri arasında əlaqə fiziki olaraq kuryerlər vasitəsilə həyata keçirilib və bu, İsrailin davam edən hava hücumları fonunda girovların yerlərinin siyahısının tərtibində gecikmələrə səbəb olub.