Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sahibsiz itlərin hücumu nəticəsində ağır yaralanan 12 yaşlı Eslem Teker bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, məktəbli qız rayon kitabxanasından kitab almaq üçün evinin yaxınlığındakı boş əraziyə çıxarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Ətrafdakı insanlar tərəfindən xilas edilən Teker ağır yaralanıb.
Təcili yardımla Yüksekova Dövlət Xəstəxanasına aparılan qızı xilas etmək mümkün olmayıb.