Türkiyə Sahil Təhlükəsizlik Şimali Ege Qrup Komandanlığı qrupları Ege dənizinin şimalında irəliləyən rezin qayığı təsbit edib.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bölgəyə göndərilən “KB-119” qayıq qrupları 9-u uşaq olmaqla 32 əfqan mühaciri rezin qayıqla sahilə çıxarıb.
Prosedurlardan sonra qeyri-qanuni miqrantlar Ayvacık Miqrant İlkin Qəbul və Yönləndirmə Mərkəzinə təhvil verilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”