Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orban və xarici işlər naziri Peter Siyarto ilə enerji təhlükəsizliyi və infrastruktur layihələrini müzakirə etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkələrdə məlumat verib.
"İnfrastruktur layihələrinin həyata keçirilməsi və ölkələrimizin regionda əsas enerji dəhlizləri kimi strateji əhəmiyyəti nəzərə alınmaqla enerji təhlükəsizliyi diqqət mərkəzimizdədir", - o yazıb.
Macarıstanın Baş naziri və xarici işlər naziri Belqrada bu gün gəlib.