Serbiyada yeni birləşdirici siyasi xalq hərəkatı yaradılacaq.
“İki sahil” xəbər verir ki, hərəkat görkəmli ziyalılar, professorlar, işçilər, fermerlər və cəmiyyətin çoxsaylı digər tanınmış nümayəndələrindən ibarət olacaq. Hərəkat üzvləri yanvarın 24-dən etibarən Serbiyanın müxtəlif şəhərlərində görüşlər keçirəcək, mitinqlərdə çıxış edəcəklər. Hərəkatın adını sosial media vasitəsilə səs verəcək vətəndaşlar müəyyənləşdirəcək.
Serbiya Prezidenti Aleksandar Vuçiç də bu mitinqlərə qoşulacaq, çıxışlar edəcək. Hərəkat əvvəllər Serbiyanın siyasi həyatında iştirak etməyən çoxlu sayda insanı bir araya gətirəcək.