Nigeriya BRICS-in tərəfdaş ölkəsi olub.
“İki sahil” xəbər verir ki, bu barədə BRICS-ə sədrlik edən Braziliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Braziliya hakimiyyəti vurğulayıb ki, BRICS və Nigeriyanın ümumi maraqları var. Çünki Afrika respublikası assosiasiya kimi qlobal cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsini fəal şəkildə təşviq edir və beynəlxalq təşkilatlarda islahatların tərəfdarıdır.