12 yanvar 2025 03:03
84

Suriyalı məhbuslar Livan həbsxanalarından ölkələrinə geri qaytarılacaq

Beyrut və Dəməşq Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənə qaytarılması ilə bağlı razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Müvafiq qərar Livanın Baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.

“Livan həbsxanalarından bütün suriyalı məhbusların geri qaytarılması, hər iki tərəfin sərhəd təhlükəsizliyinin təmin edilməsi və narkotiklərlə mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub”, - bəyanatda bildirilib.

Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə birgə komitələr yaratmaq barədə razılığa gəliblər.