11 yanvar 2025 00:18
92

Oranı müharibə zonası ilə müqayisə etmək olar - Bayden

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri meşə yanğınları nəticəsində o qədər böyük ziyan görüb ki, onu müharibə zonası ilə müqayisə etmək olar.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin müzakirəsi məqsədilə Ağ Evdə administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə görüşündə deyib.

"Bu, mənə bombardmanlardan sonra yaranan müharibə zonasını xatırlatdı", - o bildirib.

Eyni zamanda, Prezident fəlakət ətrafında dezinformasiyadan qazanc əldə etməyə çalışan demaqoqları pisləyib.