Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyan kimi, başqaları da törətdikləri cinayətlərin cəzasını almalıdırlar
Genlərindən qaynaqlanan qaniçənlik, başqa millətlərə, xüsusən türklərə qarşı sonsuz nifrət, saxtakarlıq, qonşu ərazilərinə sahiblənmək erməni adlanan toplumun «tərcümeyi-hal»nın əsas amillərindəndir. Əsrlərdən bəri gorbagor babalarından qalma, insanlıqdan kənar bu cür rəzil, murdar xüsusiyyətlərini özlərindən sonrakı nəsillərə də miras qoyan daşnak tör-töküntülərinin insanlıqdan kənar əməllərini ən çox ifşa edən bu gün qoltuğuna sığındıqları fransız tarixçiləri olub. Daşnakların qanla yazılmış ideologiyalarını, insanlıqdan kənar simasızlıqlarını ifşa edən nümunələr çox olsa da fransız yazıçısı Aleksandr Dümanın (Ata): «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər”» sözləri bu toplumun xəbis niyyətlərini anlamağa bəs edər.
Təkcə fransızlar deyil, əsrlərlə rus imperiyasının casusu kimi quyruğu qısıq qapılarda sülənən ermənilər haqqında yazılan bəzi faktları da xatırladaq. Rus tədqiqatçısı V.L. Veliçko «Kavkaz» əsərində yazır: « Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir… məhz onlar hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər.» Rus yazıçısı və diplomatı Aleksandr Qriboyedov Rusiya imperatoruna yazdığı məktubda erməni məkrini bu sözlərlə xarakterizə edir: «Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq «bura bizim qədim, dədə-baba torpağımızdır» deyəcəklər. N.İ.Şavrovun «Novaya uqroza russkomu delu v Zakavkaze: predstoyaşaya rasprodaja Muqani inarodam.» yazısında isə qeyd olunur: «Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu yerli deyil. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb.» Erməni yazıçısı L.Z. Sürməliyan «Xanımlar və cənablar, müraciətim sizədir» kitabında öz haylarının əməllərinə bu sözləri ilə qiymət verir: «Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır.» Qana həris bu toplumun ən qatı cinayətkarlarını belə qəhrəman obrazında təqdim etmələri də gendən gələn qəddarlığın «humanistləşdirilməsidir.» Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmiş «ASALA»nın «İnqilabi hərəkat» adlı qruplaşmasının «Avo» ləqəbli rəhbəri Monte Melkumyanı qalib obrazında əbədiləşdirən Ermənistanda terrorçu Qurgen Markaryanın «Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa» görə ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilməsi, “ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adı verilməsi yeganə fakt deyil. Sumqayıt hadisələri zamanı daşnak ideologiyasını qəbul etməyən erməniləri öldürən Eduard Qriqoryanın əvəzinə iki azərbaycanlının cinayətkar kimi məsuliyyətə cəlb olunması daşnak fitnəkarlığının təzahürü idi. Xocalı soyqırımında 613 soydaşımızı qətlə yetirən, uşaq qatili ermənilər Füzuli rayonu, Alxanlı kənd sakini 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirdilər. 30 ildə işğal altında saxladıqları ərazilərdə ermənilərini azərbaycanlılara törətdikləri qətliamlar dəhşətləri ilə qanı dondurur. Onların millət adlandırılması belə tarixi, milli-mənəvi dəyərləri olan xalqlara hörmətsizlik olardı. Çünki qonşularının əraziləri hesabına özləri üçün dövlət yaradan, heç bir mənbədə tarixləri ilə bağlı bircə fakta belə rast gəlinməyən erməniləri köçəri tayfa adlandırmaq daha düzgün olar.
Ermənistanın sabiq prezidenti, uşaq qatili, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən Serjik Sakisyanın dığalarına tövsiyələrindən bir misal gətirək. Tələbələrlə görüşlərində «Biz Qarabağı aldıq, sizində borcunuzdur ki, Araratı (Ağrı dağı) bütünlüklə ərazimizə daxil edəsiniz» sözləri ilə onları da gorbagor babaları kimi qaniçən olmağa çağırışlar edən Serjik Qarabağ münaqişəsi ilə bağlı kitab («Qara bağ») üçün materiallar toplayan Karneqi Analitik Agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində növbəti dəfə iç üzünü göstərmişdi: «Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi». Bu sözlər irqi, dini, milli ayrı-seçkilik siyasətlərini, etnik təmizləmə prosesləri əsasında həyata keçirən, yüzlərlə azərbaycanlını işğəncələrə məruz qoyan daşnakların «böyük Ermənistan» fərziyələrindən irəli gəlirdi.
MDB Dövlət Başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə olunan Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıqla bağlı keçirilən tədbirdə Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsi istiqamətindəki çirkin əməllərini «Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi işğalçı Ermənistanın faşizmə dəstək olan bu hərəkəti irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına dəstəyin ifadəsi idi. Millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq edən, Böyük Vətən müharibəsi illərində Bolqarıstan ərazisində ermənilərdən ibarət yaratdığı agent şəbəkəsinin vasitəsilə təxribatlar törədən, erməni legionu yaradan Njde həm də Avropanın yəhudi əhalisinə qarşı soyqırımda- Holokostda iştirak edib. «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur» sözlərini tezis kimi yayan faşist cəlladı Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsində faşizmin qurbanı olan milyonların xatirəsinə hörmətsizlik, terrora «yaşıl işıq» yandırmaqdır. İrəvanda Njdeyə aid abidənin hələ də saxlanılması isə beynəlxalq ictimaiyyətin etirazlarına etinasızlıqdır. Rusiyanın Armavir şəhərində Njdenin xatirə lövhəsinin sökülməsi faktı da göstərir ki, ermənilərdən başqa bütün millətlər faşizmə nifrət edir. Azərbaycanlıların qətlində iştirakını etiraf edən Serjikə lazımi cəzanın veriləcəyini Suqovuşandakı çıxışında bildirən Prezident İlham Əliyev cinəyətkar, fərari, qorxaq, satqın, korrupsioner, «tuşonka satan» baş qatilin Azərbaycan xalqı qarşısında cavab verəcəyini qətiyyətlə bildirmişdi: «Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun «metirkası»nda, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya «Serj», necə deyərlər, məqbul bir addır.» Bizdə isə Serjik kimilər haqqında «Əslini danan haramzadədir» deyirlər. Törətdiyi cinayətlərə görə xalqımız qarşısında hesab verəcəyini bildiyi üçün Kolumbiyanın, Qvatemalanın pasportunu almış, özünü «Qonzales» etmiş Serjik yaxşı bilir ki, bir gün onun da aqibəti vardanyanlar kimi olacaq, o da Azərbaycan həbsxanasında çay içəcək.
«Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm – ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz» sözləri ilə psixoloji problemləri olan revanşistlərə xəbərdarlıq edən Prezident İlham Əliyev dünya erməniliyinin şüurunda yer alan «türkə xidmət edən erməni xaindir» ideologiyasının kökünün kəsiləcəyi günün çatacağını da bəyan edir.
Özləri haqqında «qurbanlıq quzu, yazıq, əzilən xalq» fikri formalaşdıran hayların xəbis niyyətləri bu günlərdə yayılan bir video ilə ifşa olundu. Tanınmış videobloqer Albert İsakov özünün «YouTube» kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də «Yerkrapa» terror təşkilatının üzvləri ilə görüşündə söylədiklərini yayıb. Petrosyanın rəzil açıqlamaları bir daha göstərir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini mərhələlər üzrə həyata keçirən hayların guya azərbaycanlılar tərəfindən soyqırıma məruz qalmaları barədəki həyasızlıqları bu topluma xas şər-şamatadır. Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu etiraf edir: «Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı. Biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim «Yerkrapa» dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ), o cümlədən digər torpaqlar ermənilərin əlindədir.» Bu cür həyasızlıq yalnız ermənilərə məxsus ola bilər. Erməniləri əsəbləşdirən, hayların mənfur niyyətlərini aşkar edən birinci prezident bu çıxışı ilə etiraf edir ki, azərbaycanlıların qovulması, ölkəmizə qarşı ərazi iddiaları daşnak ideologiyasının şovinist siyasətinin tərkib hissəsi olub. Eyni məkr bu gün də davam edir. Belə ki, etnik təmizləmə, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması siyasəti uzaq tarixlərdən qaynaqlnır.
«Ermənistanın və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizlənməsini» daşnakların həll etməli olduqları «600 illik problem» adlandıran suriyalı, erməni əsilli Petrosyanın sözügedən görüşdə «1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması başlamasaydı, onun ölkəsi müstəqil ola bilməzdi» açıqlaması etnik təmizləmə siyasətini sübuta yetirəcək ən tutarlı faktdır. Qərbi Azərbaycandakı üç rayonda - Vardenis, Masis və Amasyada, eyni zamanda Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etdiyini təsdiqləyən Petrosyanın dediyinə görə guya bu amil Zəngəzuru, şimal-şərq rayonları, Göyçə gölünün sahillərini «qorumaqla bağlı çətinliklər yaradırmış». Erməni silahlıları tərəfindən əzab-əziyyətə məruz qalan, zorla, silah gücünə Qərbi Azərbaycandan qovulan soydaşlarımızın Ermənistandan tamamilə çıxarılması ilə bu «problem həllini tapıb.»
Ermənistanda monoetnik dövlət yaratmaq niyyətində olan Petrosyanın bu açıqlaması Azərbaycan xalqına qarşı nifrətin və işğalçılıq siyasətinin açıq etirafıdır. Soydaşlarımızın ata-baba yurdlarından qovulması ilə kifayətlənməyən hayların Sumqayıt hadisələrində, 20 Yanvar qırğınlarında əllərinin olduğun da etiraf edən Petrosyan serjiksayaq açıqlaması ilə stereotipin yarılmasını, «azərbaycanlılarsız Ermənistan və azərbaycanlılarsız Qarabağ» ideologiyasının tərəfdarı olduğunu bildirir. 1988-ci ilin dekabr ayında iğtişaşlar təşkil etməkdə ittiham edilərək törətdiyi cinayətkar əməllərinə görə «Qarabağ komitəsi»nin digər üzvləri ilə birlikdə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunan, altı aydan sonra azadlığa çıxan Petrosyan Ermənistan SSR Ali Sovetinin sədri və prezident kimi «miatsum» hərəkatının güclənməsində də fəal iştirak edib. 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair qanunsuz qərarın qəbul edilməsində Ter-Petrosyan fəallıq göstərib. Həmin vaxt o, Ermənistan SSR Ali Sovetinin deputatı idi. Sonralar Ermənistanın Müstəqillik Bəyannaməsində öz əksini tapan və 1995-ci ildə Ermənistan konstitusiyasının preambula hissəsinə daxil edilən bu qanunsuz qərar hazırda sülhün əldə edilməsində ciddi maneəyə çevrilib. Belə ki, Xocalı soyqırımının, digər ərazilərin işğalı prosesinin və etnik təmizləmələrin icraçıları Robert Koçaryan, Serj Sarkisyan, Samvel Babayan, Monte Melkonyan, Vazgen Sarkisyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi terrorçular idisə, onlara bu əmri verən Ermənistan ordusunun ali baş komandanı Ter-Petrosyan olub.
Tarixi ədalət öz hökmünü verdi. Torpaqlarımız 30 ilə yaxın davam edən Ermənistanın işğalından azad edildi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qovuşub. Yeni hədəfimiz isə tarixi ədaləti - soydaşlarımızın Qərbi Azərbyacana qayıdışını bərpa etməkdir. Petrosyan kimi canilərin etirafları isə təbii ki, beynəlxalq hüquq çərçivəsində təhlil edilməli və azərbaycanlılara qarşı məqsədli şəkildə törədilmiş etnik təmizləmə, soyqırımı törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Ermənistanı silahlandıranlar da deyilənlərdən dərs almalıdırlar.
Artıq zaman Prezident İlham Əliyevin reallığa əsaslanan aşağıdakı sözlərini təsdiqləyir: «Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar.»
Xuraman İsmayılqızı, «İki sahil»