10 yanvar 2025 00:28
98

İlan ulduz görməsə…

Təhlükə yaxınlaşır, Paşinyan tələsir

Ermənistanın baş naziri Nikol Paşinyan dörd ildir ki, sülhdən danışsa da əks davranışları ilə danışıqları bugünədək uzadıb. Siyasi dələduzluqla məşğul olan bu adam hər dəfə müxtəlif bəhanələr gətirərək elə görüntü yaratmağa çalışıb ki, guya sülh danışıqlarını pozan Azərbaycandır. Onun riyakarlıqları, pozucu əməlləri beynəlxalq aləmdə artıq hər kəsə məlumdur. Nəhayət, dünyada elə təhlükəli proseslər gedir ki, Ermənistan kimi zəif ölkələr ayaqlar altında itib-bata bilər. Nikol Paşinyan bunu anladığından qonşu ölkələrlə, əsasən də Azərbaycanla münasibətləri normallaşdırmağa tələsir.

Nikol Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə edilməsinə dair 12 təklifini dərc etdirilib.

Ermənistan mediası bildirir ki, baş nazir bu barədə sosial media hesabında paylaşım edib. Digər təkliflər arasında silahlara qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılması, davakar ritorikadan, ərazi iddiasından imtina və sülh müqaviləsinin imzalanması ilə “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi daxildir. Ermənistanın baş nazirinin fikrincə, Azərbaycanı Naxçıvandan ayıran hissədə nəzarət, Ermənistan ərazisindən keçən kommunikasiya məsələləri və iki ölkədən olan qaçqınların problemləri bütövlükdə nəzərə alınmaqla, bu çərçivədə həll edilə bilər. Baş nazir həmçinin bu məsələyə ekspert komissiyalarının cəlb edilməsini də zəruri sayır. Bununla da çoxdan gözlənilən Zəngəzur dəhlizinin açılmasına şərait yaranır. Ağız sulandıran təkliflərdir, deyilmi?

İlk görünüşdə bunların sülhə və vəziyyətin normallaşmasına xidmət etdiyini düşünmək olar. Lakin bu fikirlərin arxasında gizlədilmiş xeyli məkrli niyyətlər əksini deyir.

Əslində Nikol Paşinyanın mövqeyi heç də sülhü yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır. Xüsusilə ona görə ki, Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı “tövsiyə” edir. Eyni zamanda, Qərbi Azərbaycan dedikdə, Naxçıvanı və digər ərazilərimizi nəzərdə tutduğunu bildirir. Bununla da o, Azərbaycan Prezidentinin Qərbi azərbaycanlılarla görüşüb, onları dinləmək təklifindən yayınmağa cəhd göstərir. Harada görünüb ki, müharibədə biabırçılıqla məğlub olan tərəf qalib tərəf qarşısında tələb və ya şərt qoysun? Yəni, Paşinyanın ağılsız təklifləri mübahisəli məsələlərin başqa cür uzadılmasına bəhanə verir. Ağılsız baş nazirin dayaz düşüncəsinə görə azərbaycanlılar öz torpaqlarının bir parçasının adını çəkməməlidirlər. Bu, o deməkdir ki, Nikol iki yüz əvvəl yaşayıb “xosunvay” olmuş oğru və qatil babalarından heç nə ilə fərqlənmir. Həyasızlıq o həddə çatıb ki, haylar Azərbaycan ərazisi üzərində qurulan dövlətin bütün ərazisinin Azərbaycanın qədim ərazisi olduğunu unudur və ya etiraf etmək istəmirlər.Bu torpaqlar Azərbaycana o dərəcədə aiddir ki, indiyədək kələkbaz və fırıldaqçı ermənilər Qərbi Azərbaycandakı toponimlərin adlarını dəyişib qurtara bilməyiblər. Özləri də indi onları bizim qoyduğumuz adlarla tanıyır və təqdim edirlər. Ancaq gün gələcək ki, haqq-ədalət öz yerini tutacaqdır. Başıxarab Paşinyanın hərəkətləri gəmidə oturub gəmiçi ilə dava etməyə bənzəyir. İnanırıq ki, buna da son qoyulacaq, haylar bizə qazdıqları quyunun dibində çabalaya-çabalaya qalacaqlar. Bunu öz gicbəsər davranış və düşüncələri ilə yaxınlaşdırırlar.

Vəli İlyasov, “İki sahil”