04 yanvar 2025 19:10
153

Ərdoğan: Ya silahlarını basdıracaqlar, ya da…

“Bizim yeganə məqsədimiz böyük və güclü Türkiyə idealımızın qarşısındakı son maneələri aradan qaldırmaqdır. Biz “Cumhur İttifakı” olaraq buna mütləq nail olacağıq. Türkiyədə qardaşlıq qalib gələcək”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Separatçı təşkilatın millətimizin fərdləri arasında açdığı nifaq çuxurlarını qardaşlıqla dolduracaq, qarşılıqlı hörmətlə bağlayacağıq”, - deyən dövlət başçısı əlavə edib: “Ən qısa zamanda ölkəmizi terror bəlasından xilas edəcəyik. Biz hədəfə bağlıyıq. Terror təşkilatı və terrorçuların dairəsi getdikcə daralır. İstər türk, istər kürd, istərsə də ərəb olmasından asılı olmayaraq, heç kimin imperialistlərə, terrorçulara tolerantlığı qalmayıb. Ya silahlarını basdıracaqlar, ya da silahları ilə birlikdə basdıracaqlar. Üçüncü yol yoxdur. Süni tənəffüs separatçı təşkilatı həyata qaytara bilməyəcək. Silah və terror dövrü bitdi. Terror təşkilatı artıq faydalı ömrünü başa vurub. Bir daha vurğulamaq istərdim ki, ölkəmizin və regionumuzun gələcəyində terrora yer yoxdur”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”