İngiltərə təmsilçisi "Çelsi"nin müdafiəçisi Aksel Disasi Türkiyənin "Fənərbağça" klubunda çıxış edə bilər.
“İki sahil” "Sözcü" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər"in baş məşqçisi Jose Mourinyo 26 yaşlı oyunçunu diqqət mərkəzində saxlayır. İstanbul klubu qış "transfer pəncərəsi"ndə keçidi həll etməyə çalışacaq. Qeyd edək ki, Aksel Disasi "Çelsi"yə 2023-cü ilin avqust ayında "Monako"dan keçib.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov