"Barselona"nın futbolçusu Frenki de Yonq Niderlandın "Voetbal International" nəşrinə açıqlama verib.
“İki sahil” xəbər verir ki, o, Kataloniya klubuna keçdiyi zaman olan gözləntilərindən danışıb:
"Etiraf etməliyəm ki, "Barselona" ilə müqavilə imzalayanda düşünmürdüm ki, burada 4 il ərzində yalnız bir dəfə La Liqa, bir dəfə İspaniya kuboku və bir dəfə İspaniya Superkubokunu qazanacağam. Kubokların ən azı iki dəfə çox olacağını gözləyirdim. Buna görə məyusam. Lakin bəzi şeyləri əvvəlcədən bilmək olmur".
Qeyd edək ki, Frenki de Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.