İspaniya təmsilçisi "Barselona"nın aşpazı Robert Levandovskinin oyunçulara verilən yeməyin keyfiyyəti ilə bağlı şikayətindən sonra işdən çıxarılıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, polşalı hücumçu komandanın baş məşqçisi Hans-Diter Flikə pis hazırlanan yumurtaların ona narahatlıq yaratdığını bildirib.
Alman məşqçi klub rəhbərliyinə aşpazın yüksək tələblərə cavab vermədiyini bildirib və onun başqası ilə əvəzlənməsini istəyib. Futbolçuların qidalanmasına ciddi şəkildə diqqət ayıran almaniyalı mütəxəssis "Barselona"ya özü ilə fərdi pəhriz proqramları hazırlayan nutriloq da gətirib.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov